21 dekabr 2013. Qəbələ şəhərində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc sahibkarların biznes bacarıqlarının inkişafına yardım göstərilməsi üçün Gənc Sahibkarların Qəbələ Forumu keçirilib.
16 dekabr 2013. Azərbaycan Prezidenti İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli qanununun tətbiqi haqqında sərəncam imzalayıb
16 dekabr 2013. Neftçalada əhalinin istifadəsində olan pay torpaqları sürətlə şörlaşır. Bu barədə infom.az-a danışan yerli mənbə bildirir ki, rayonun Cəngən, Boyat, Aşağı Qaramanlı, Müşfiq kəndlərində imkanlı şəxslər tərəfindən yaradılan süni balıq gölləri 5 min hektardan çox ərazini əhatə edir
16 dekabr 2013. Ölkənin otelçilik və restoran biznesi nümayəndələrinin təkliflərini nəzərə alaraq DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə "Dövlət – Bizness Əməkdaşlığı" Layihəsinə (State-Business Cooperation Project) start verilmişdir
13 dekabr 2013. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 270,4 mln. manat kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
10 dekabr 2013. Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması" mövzusunda tədbir keçirilib.
09 dekabr 2013. "Gənc Mühasiblər" İctimai Birliyi "Gənc sahibkarların biznes bacarıqlarının inkişafına yardım göstərilməsi" layihəsi çərçivəsində gənc sahibkarlar üçün maarifləndirici təlimlərin icrasına başlayıb.
02 dekabr 2013. "Sahibkarlara dəstək üçün milli fonddan vəsait ayrılıb. Bu vəsaitin miqdarı isə olduqca böyükdür". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
27 noyabr 2013. Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti və ticarət sektorunun inkişaf etdirilməsi üçün «Ticarət haqqında» qanunun qəbul edilməsi vacibdir.
22 noyabr 2013. Bu gün Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda Tovuz rayonunun Qovlar şəhərində növbəti tədbiri keçirib.
21 noyabr 2013. Bu gün Bakı Biznes Mərkəzində "Qlobal Sahibkarlıq Həftəsi" çərçivəsində "Azərbaycanda kiçik sahibkarlığın inkişafı" adlı konfrans keçirilir.
20 noyabr 2013. Bu gün Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.
20 noyabr 2013. Azərbaycanda qida məhsulları ilə bağlı «halal» standartı qəbul edilsə də, indiyə qədər heç bir şirkət tərəfindən bununla bağlı dövlət qurumlarına rəsmi müraciət daxil olmayıb.
16 noyabr 2013. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi dünən "Gənclərin kiçik sahibkarlıq fəaliyyətinin təşkili üzrə maarifləndirilməsi" layihəsi üzrə növbəti tədbirini keçirib.
16 noyabr 2013. Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboyda məcburi köçkün sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı», «Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.
13 noyabr 2013. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlardan prioritet sahələrdə maliyyələşdirmə üçün investisiya layihələrinin qəbuluna başlayıb.
12 noyabr 2013. Noyabrın 12-də Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Açıq qapı" günü keçirilmişdir. Tədbir KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi ödəyicilərinə xidmət sahəsində aparılan işlər, bu xidmətlərin səviyyəsinin artırılması üçün görülən tədbirlərlə tanış etmək məqsədi daşıyırdı.
09 noyabr 2013. Bu gün Şəmkir rayonunda 9 noyabr - Dövlət Bayrağı Günündə «West Gate» («Qərb Qapısı») alış-veriş cərgəsinin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, ticarət sahəsi Şəmkir şəhərinin girişində yerləşir.
07 noyabr 2013. Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa Birliyi Azərbaycanda AYİB-in Biznes Məsləhət Xidmətlərinin (BMX) 10 illik yubileyini qeyd ediblər.
07 noyabr 2013. Bu gün Şəkidə Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün «Biznes ideyanı yarat», «Öz biznesinə başla» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.
06 noyabr 2013. Bu gün Şəkidə Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün «Biznes ideyanı yarat», «Öz biznesinə başla» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.
05 noyabr 2013. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlara ümumilikdə 245,198 mln. manat həcmində güzəştli kreditlər ayrılıb.
02 noyabr 2013. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
31 oktyabr 2013. Gələn ay Türkiyədə beynəlxalq xəz-dəri sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, noyabrın 19-22-də İstanbul şəhərində VIII İstanbul Dəri Sərgisi baş tutacaq.
30 oktyabr 2013. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi "Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qış Biznes məktəbinin keçirilməsi" adlı layihəsinə oktyabr ayının 22-dən start verib
30 oktyabr 2013. Noyabrın 4-də Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Gəncə şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək
29 oktyabr 2013. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında "Junior Achievement" (JAA) Qeyri-Hökumət Təşkilatının "PAŞA Bank" ASC-nin dəstəyi ilə həyata keçirdiyi "Davamlı müəssisənin inkişaf proqramı" (DMİP) layihəsi çərçivəsində seminar keçirilib.
29 oktyabr 2013. Dünya Bankının (DB) kiçik və orta sahibkarlıq sektorunun tənzimlənməsi üzrə hazırladığı «Doing Business-2014» hesabatında Azərbaycan 189 ölkə arasında 70-ci yeri tutub.
25 oktyabr 2013. "Avropa Tələbələr Forumu-Sumqayıt" (AEGEE-Sumqayıt) İctimai Birliyi 19-25 oktyabr tarixində gənclər üçün "Fərdi Sahibkarlıq Akademiyası" adlı layihə həyata keçirib.
Dünən (30 avqust) İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Vergi-patent sisteminin tətbiqinin məqsədəuyğunluğunun əsaslandırılması» mövzusunda Dəyirmi Masa keçirib.