Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Kiçik sahibkarlar üçün unikal təklif: İqtsadçılar yeni vergi modeli təklif edirlər
Kiçik sahibkarlar üçün unikal təklif: İqtsadçılar yeni vergi modeli təklif edirlər
Vüsalə RÜSTƏMOVA
http://bizimyol.info
Dünən (30 avqust) İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Vergi-patent sisteminin tətbiqinin məqsədəuyğunluğunun əsaslandırılması» mövzusunda Dəyirmi Masa keçirib.

İqtisadçı-ekspert Sabit Bağırov qeyd edib ki, bu vergi sistemi Azərbaycanda ötən əsrin 90-cıillərinin əvvəllərində də tətbiq olunub: «Hazırkı şərait bu istiqamətdə müzakirələrə yenidən başlamaq üçün zəruri şərtlər yetişdirib. Belə ki, patent vergi sisteminin tətbiqi xirda sahibkarların xərclərinin azaldılması, onların qarşılaşdıqları baryerlərin aradan qaldırılması istiqamətində əlavə imkanlar yaradır. Bu vergini tətbiq edən sahibkarlar nəzarət-kassa aparatı almayacaq və rüblük vergi bəyannamələri təqdim etməyəcəklər» İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu apardığı araşdırmanın tapıntıları, əldə olunan nəticə və tövsiyələrlə toplantı iştirakçılarını tanış edib. O, diqqəti ilk növbədə vergidən kütləvi yayınmanın geniş yayılmış formalarına yönəldib. Bu formalar sırasında vergi obyektinin parametrlərinin dəyişdirilməsi, vergi ödəyicisinə öhdəliklərdən, xüsusilə də idxalda ƏDV-dən tam və ya qismən azadolma şəratinin yaradılması, dövriyyənin gizlədilməsi və ödənişlərin aşağı salınması, saxta ilkin uçot sənədlərinin tərtibi, ikili mühasibatlıq, xüsusi texnoloji ehtiyacların və xərclərin şişirdilməsi və verginin ödənilməsi müddətinin dəyişdirilməsi kimi halları sadalayan natiq, onun aşkar olunmasının müxtəlif metodlarından bəhs edib. İqtisadçı qeyd edib ki, təklif olunan VPS bu problemlərin bir çoxunun aradan qaldırılmasına töhfə verə bilər. Sonra Q. İbadoğlu bildirib ki, bu vergi növünün subyektləri xirda sahibkarlar olacaq. Bununla yanaşı, sadələşdirilmiş vergi sistemi də fəaliyyət göstərəcək. Bu vergini könüllü şəkildə seçən xirda sahibkarlar patent məbləğini ödəməklə vergi orqanlarıl ilə ünsiyyətə girmədən fəaliyyət göstərə biləcəklər.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev qeyd edib ki, hazırda Azərbaycanda vergidən yayınma deyil, vergi obyektinin qeydiyyatdan yayınması daha böyük problemdir. Odur ki, bu vergi növü həmin vergi obyektlərinin qeydiyyata alınması və vergiyə cəlb edilməsi sahəsində əhəmiyyətli rol oynaya bilər. O, eyni zamanda bu vergi növünün tətbiqi ilə yanaşı, ənənəvi sadələşdirilmiş verginin də tətbiqini məqsədəuyğun hesab edib.

 
 

1 2 ... 38