23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Noyabrın 7-də Saatlı rayonunun Kamallı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilmiş tədbirdə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 62 sahibkara 532,9 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 100-ə yaxın yeni iş yerinin açılmasına imkan verir. Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, Saatlı rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik cins heyvandarlıq təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur. Saatlı Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda, o cümlədən Saatlıda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat vermişlər. Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3859 investisiya layihəsinin maliyyələşdirilməsinə 262,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 10900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6860 investisiya layihəsinin maliyyələşdirilməsinə 313,9 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş güzəştli kreditlər 27000-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və yeni internet səhifəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcəkdir. Sahibkarlar bu imkanı Fondun rəsmi internet səhifəsinə – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Saatlı rayonunun Əhmədbəyli kəndində sahibkar İlyas Mikayılova və Elşən İbadova məxsus fermer təsərrüfatlarının fəaliyyətinə baxış keçirilmişdir. |
|||||||
1 ... 13 14 15 ... 38 |