Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Kiçik və orta otellərin artmasına təkan verən vergi prosesləri
Kiçik və orta otellərin artmasına təkan verən vergi prosesləri
Milli.az
16 dekabr 2013. Ölkənin otelçilik və restoran biznesi nümayəndələrinin təkliflərini nəzərə alaraq DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə "Dövlət – Bizness Əməkdaşlığı" Layihəsinə (State-Business Cooperation Project) start verilmişdir

Layihə çərçivəsində ölkə otelçilərinin və restoran biznesi nümayəndələrinin dövlət qurumları ilə görüşləri, qonaqpərvərlik sənayesində dövlətin tətbiq etdiyi müvafiq qanunların və qaydaların açıqlanması, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına yönəlmiş proseslərin və biznes üçün önəmli olan sualların müzakirəsi nəzərdə tutulur. Layihənin əsas məqsədi qonaqpərvərlik sənayesinin aparıcı qüvvəsi olan otelçilik və içtimai iaşə sektoru və müvafiq dövlət qurumları arasında dialoq yaradaraq iqtisadiyyatın bu sahəsinin inkişafına yardımçı olmaqdır.

13 dekabr 2013-cü il tarixində otelçilər və restoran biznesi nümayəndələrinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları arasında görüşün təşkili ilə layihənin ilk tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində son dəyişikliklər haqqında məlumatların otelçilərə və restoran əməkdaşlarına çatdırılması məqsədi daşıyan tədbirdə ölkənin otelçilik və restoran biznesının sürətli inkişafı ilə əlaqədar mövcud vergi sisteminın bu sahə üçün nəzərdə tutduğu vergilər və onların tətbiqi məsələləri açıqlanmışdır. İqtisadiyyatın qeyri-neft sektorunda mühüm yer tutan və prioritet sahə hesab edilən qonaqpərvərlik sənayesinın inkişafı və bu sahənin vergi sistemi, kiçik və orta otellərin artmasına təkan verən vergi prosesləri, vergi orqanları ilə əməkdaşlıq və digər suallar tədbir zamanı müzakirə edilmişdir.

Tədbirdə bir sıra müəsissələrin, o cümlədən, Austin Hotel, Balion Hotel, Balion Management, Çiraq Plaza, Golden Coast Hotel, Grand Hotel, Karvansara Restoran Kompleksi, Nemi Hotel, New Baku Hotel, Old Gates Hotel, Garadag Hill Hotel, Qafqaz Park Hotel, Rixos Quba Hotel, Royal Hotel, Safran Hotel, Crescent Beach Hotel, Hilton Hotel Baku, Azərbaycan Turizm Assosiasiyasının və digərlərinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları belə görüşlərin səmərəliliyini qeyd edərək onların mütəmadi keçirilməsini təklif etmişlər. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumları ilə görüşlərin keçirilməsi layihə çərçivəsində nəzərdə tutulmuşdur.

Tədbirin partnyoru qismində Print Art Document Centre şirkəti və Baku Hotels & Restaurants Guide Bələdçisi iştirak etmişdirlər. DAİR Otellər və Restoranlar Assosiasiyası, göstərilən köməyə görə partnyor şirkətlərə və o cümlədən təşkilatı dəstəyə görə cənab Puneet Tandon və Hyatt Baku Hotelin bütün kollektivinə dərin təşəkkürünü bildirir. Eyni zamanda Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi Araşdırmaları və Monitorinq Şöbəsinin rəisi cənab Yunis Quliyev və Vergi Ödəyicələrinə Xidmət İdarəsinin Məlumatlandırma İşinin Təşkili Şöbəsinin Baş Dövlət Vergi Müfəttişi cənab Elçin Namazlı və şəxsən Azərbaycan Respublikası Vergilər Naziri cənab Fazil Məmmədova Assosiasiyanın təşəbbüsünü dəstəklədiklərinə görə dərin minnətdarlığını bildirir.

Assosiasiyanın rəhbərliyi ümüd edir ki, ölkənin otelçilik və restoran biznesının inkişafı yolunda dövlət qurumları, ictimai təşkilatlar və özəl sektor daha sıx əməkdaşlıq edəcək, bu sahədə çalışan hər bir kəs fəallıq nümaiş edərək, sənayenin inkişafına öz töhfəsini qətirəcəkdir.

Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation); (http://www.linkedin.com/groups/DAIR-Hotels-Restaurants-Association) vasitəsilə yayılmaqdadır.

 
 

1 ... 34 35 36 ... 38