23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
APA-nın məlumatına görə, Azərbaycanda BMX hazırda AB və AYİB-in Erkən Keçid Dövründə olan Ölkələr Fondu tərəfindən maliyyələşdirilir. BMX son 10 il ərzində 740-dan çox məsləhət layihələrini həyata keçirib. Layihənin 1 ili ərzində bu müəssisələrin demək olar ki, 80%-nin dövriyyəsində artım müşahidə edilib, müəssisələrin 65%-də isə işçi sayı artırılıb. Kiçik və orta müəssisələri (KOM) səriştəli məsləhətçilərlə əlaqələndirməklə AYİB müəssisələrin inkişaf etməsinə, həmçinin iqtisadi inkişafın və diversifikasiyanın hərəkətverici qüvvələrinə çevrilmələrinə yardım edir. "Bu, elə bir layihədir ki, ayrı-ayrı şirkətlərə real təsir göstərir", - deyə AB Azərbaycan nümayəndəliyinin əməliyyat rəhbəri Federiko Berna qeyd edib: "Regionlarda və xidmət səviyyəsinin zəif olduğu ərazilərdə fəaliyyət göstərən müəssisələrə yardım əlini uzatmağa özəl sektorun və məsləhət xidmətləri sektorunun gücləndirilməsi paralel olaraq həyata keçirilir". AYİB-in Bakı rezident ofisinin rəhbəri Neil McKain deyib: "Kiçik və orta biznes sektorunun inkişaf etdirilməsi iqtisadi diversifikasiyanı gücləndirməklə ölkənin neft və qaz gəlirlərindən asıllığını azaltmaq üçün imkanlar təklif edir ki, bu da AYİB-in Azərbaycan üçün prioritetlərindən biridir" Onun sözlərinə görə, bu günə qədər AYİB Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında dəyəri 1,5 mlrd. avrodan artıq olan 134 investisiya müqaviləsi imzalanıb. |
||||||
1 ... 14 15 16 ... 38 |