23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4 260 investisiya layihəsi maliyyələşdirilib. "Bu layihələrin maliyyələşdirilməsi 11,75 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək", - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir. SKMF cümə günü Göygöl rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 80-nə yaxın sahibkar iştirak edib. İndiyədək SKMF-in xətti ilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 7 min investisiya layihəsinin həyata keçirilməsi üçün 132,2 mln. manat məbləğində güzəştli kredit verilib. "Tədbir çərçivəsində 45 sahibkarlıq subyekti 545 min manat məbləğində güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 70-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək", - deyə məlumatda vurğulanır. SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 275 mln. manat məbləğində kredit verməyi planlaşdırır. |
||||||
1 ... 33 34 35 ... 38 |