23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Kiçik və orta müəssisələrin yaradılmasında maraqlı olan gənclərin, müəllim və tələbələrin iştirak etdiyi seminarda layihənin əlaqələndiricisi Ülkər Piriyeva proqram barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycanda gənclər tərəfindən idarə ediləcək kiçik və orta müəssisələrin yaradılmasını qarşısına məqsəd qoyan DMİP sahibkarlıq və biznes təlimləri vasitəsilə gəncləri belə müəssisələrin yaradılmasına istiqamətləndirir. JAA təşkilatı bank və maliyyə təşkilatları ilə əməkdaşlıq edərək gənclərin idarə etdiyi müəssisələrə maliyyə xidmətlərinin göstərilməsinə yardım edir, biznes icmasını gənclərin idarə etdiyi müəssisələrin uğurları və çətinlikləri ilə tanış edərək, belə müəssisələrin inkişafı üçün əlverişli mühitin yaradılmasına kömək göstərir. Bildirilib ki, DMİP layihəsi çərçivəsində "Junior Achievement" təşkilatı və "PAŞA Bank" proqramdan faydalanacaq gənclərə biznesin yaradılması, qeydiyyatı, inkişafı, lisenziyanın alınması, vergilərin təyin edilməsi, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlər verəcək, kredit üçün banklara müraciət edilməsində onlara yardım göstərəcək. Seminar iştirakçılarının diqqətinə çatdırılb ki, Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərən "Junior Achievement" təşkilatı ictimai və fərdi donorların dəstəyi ilə indiyədək respublikamızın 26 şəhər və rayonunda 300-dən çox müəllimə, minlərlə şagird və tələbəyə belə təlimlər keçib.Seminar çərçivəsində iştirakçılara metodiki təlimat və bukletlər paylanılıb, suallar cavablandırılıb. |
||||||
1 ... 6 7 8 ... 38 |