23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Bunu millət vəkili Vahid Əhmədov Azərbaycanda kiçik sahibkarlığın inkişafı adlı konfransda çıxışında deyib. "Xüsusilə də son zaman baş verən hadisələr bunu vacib edir. Rusiyadan gələn vətəndaşlarımızın çoxalması kiçik və orta sahibkarlığın inkişafını tələb edir. Gələn vətəndaşlarımızın işləməsi üçün şərait yaradılmalıdır". O bildirib ki, 22 ildə sahibkarlığın inkişafı üçün qanunlar qəbul edilib, bəzi qanunlara dəyişiklik edilib. "Bunu nəticəsidir ki, özəl sektorun payı 80 faizdən çoxdur. Lakin bu sahədə problemlər də var, xüsusilə kiçik və orta sahibkarlıqda. Vergi sistemi ilə əlaqədar da müəyyən problemlər hələ də qalmaqdadır. Bütün bunlara baxmayaq sahibkarlığın inkişafı üçün önəmli işlər görülür". O, bildirib ki qeyri neft sektorunun strukturunda da dəyişiklik etmək, kiçik və orta sahibkarlığın inkişafı üçün şərait yaratmaq lazımdır. |
||||||
1 ... 25 26 27 ... 38 |