Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qış Biznes məktəbi keçirilir
Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qış Biznes məktəbi keçirilir
Azərbaycan Gənclər Fondu
30 oktyabr 2013. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi "Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qış Biznes məktəbinin keçirilməsi" adlı layihəsinə oktyabr ayının 22-dən start verib

Düşərgənin keçiriləcəyi məkan Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən Olimpik oteldir. Bu layihədə təhsil müəssisələrinin Enactus (SIFE) komandalarının aktiv üzvlərinin iştirakı nəzərdə tutulub. Enactus Azərbaycan liderləri üçün "Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qış Biznes məktəbinin keçirilməsi" adlı düşərgəsi 20-25 noyabr 2013-cü il tarixlərində keçiriləcək. Düşərgənin fəaliyyət saatı 10:00-18:00 arasında olacaqdır. Layihə keçirildiyi müddət ərzində Enactus Azərbaycan komandalarının yeni fikirlərilə kitabçalar yenilənəcəkdir.

"Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qış Biznes məktəbinin keçirilməsi" layihəsinin əsəs məqsədləri :

• Tələbələrdə mövcud liderlik qabilliyyətinin inkişaf etdirilməsi

• Biznes planlarının düzgün yazılışının öyrədilməsi

• Layihə müddətində düzgün vaxt bölgüsünün təmin edilməsi

• Effektiv komanda yığımı

• Layihələrin idarə olunması və iş bölgüsünün təmin edilməsi

• Təqdimat bacarıqlarının artırılması

• Enactus komandaları arasında göstərilən mövzularda daxili təlimlərin keçirilməsinin düşərgədəki tələbələr vasitəsilə təmin olunması

"Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Qış Biznes məktəbinin keçirilməsi" layihəsində biznes liderlərin iştirakı da nəzərdə tutulub.

 
 

1 ... 8 9 10 ... 38