23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə 51 sahibkara 714,2 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 80-dən çox iş yerinin yaradılmasına imkan verir. Tədbir çərçivəsində Tovuz rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik həcmli çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. Fondun icraçı direktoru Şirzad Abdullayev bu il ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4 023 investisiya layihəsinin maliyyələşdirilməsinə 265,3 mln. manat güzəştli kredit verildiyini bildirib. O, layihələrin reallaşmasının 11 mindən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 480-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 131,7 mln. manat güzəştli kreditlər verilib, bu kreditlər hesabına 19 mindən çox yeni iş yeri açılıb. Bununla belə, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir. Ş.Abdullayev qeyd edib ki, bu ilin sonunadək 275 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Tovuzda dövlətin güzəştli krediti ayrılmış soyuducu anbar kompleksinin fəaliyyətinə və üzümçülük təsərrüfatına baxış keçirilib. |
||||||
1 ... 26 27 28 ... 38 |