Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
SKMF-in bu il ayırdığı vəsaitlərin 82%-ni irihəcmli kreditlər təşkil edib
SKMF-in bu il ayırdığı vəsaitlərin 82%-ni irihəcmli kreditlər təşkil edib
Aqşin Rafiqoğlu – APA-Economics
05 noyabr 2013. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlara ümumilikdə 245,198 mln. manat həcmində güzəştli kreditlər ayrılıb.

«APA-Economics»in Fonda istinadən verdiyi məlumata görə, bu vəsait 3 527 layihənin maliyyələşdirilməsinə sərf edilib ki, bu da sonda 10 168 yeni iş yerinin yaradılmasına imkan verəcək.

Belə ki, Azərbaycanda müxtəlif sənaye məhsullarının istehsalı və emalı üzrə 142 layihə maliyyələşdirilib və bu, maliyyələşən layihələrin ümumi sayının 4%-ni təşkil edir. Bu sahəyə ayrılan vəsaitlərin həcmi sə 82,131 mln. manata (33,5%) bərabərdir. Nəticədə, bu sahədə 2 304 yeni iş yeri yaradılacaq.

Kənd təsərrüfatı məhsullarının emalı üzrə 9 layihənin (0,3%) maliyyələşdirilməsinə 23,669 mln. manat (13,3%) ayrılıb və 460 yeni iş yeri yaradılacaq.

Həmçinin, bu müddət ərzində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 3 369 sahibkara (95,5%) 122,913 mln. manat (50,1%) həcmində kredit ayrılıb və bunun nəticəsində 7 263 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan başqa, xidmət (infrastruktur) sahələrində 7 layihənin (0,2%) kreditləşdirilməsinə 7 485 mln. manat (3,1%) ayrılıb və 141 yeni iş yerinin yaradılması planlaşdırılır.

Maliyyələşdirilən 3 452 layihənin (97,9%) maliyyələşməsinə ayrılan 41,858 mln. manat (17%) kiçik həcmli kreditlərin payına düşüb və layihələr əsasında 6 114 yeni iş yerləri yaradılacaq.

Bununla yanaşı, 2,616 mln. manat (1,1%) 181 yeni iş yerinin yaradılmasını nəzərdə tutan 18 layihənin (0,5%) icrasına yönəldilib və orta həcmli kreditləşməyə aiddir.

Qalan 200,724 mln. manatı (81,9%) isə irihəcmli kreditlər təşkil edib və onlar 57 layihənin (1,6%) maliyyələşməsinə sərf olunub. Bu layihələr üzrə 3 873 yeni iş yeri yaradılacaq.

Qeyd edək ki, SKMF-in fəaliyyət göstərdiyi dövr ərzində isə ümumilikdə Azərbaycanda 19 450 sahibkara 1 211,177 mln. manat həcmində güzəştli kreditlər verilib.

 
 

1 ... 11 12 13 ... 38