Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Neftçalada əhali balığa görə pay torpaqlarından istifadə edə bilmir
Neftçalada əhali balığa görə pay torpaqlarından istifadə edə bilmir
Bolgexeber.com
16 dekabr 2013. Neftçalada əhalinin istifadəsində olan pay torpaqları sürətlə şörlaşır. Bu barədə infom.az-a danışan yerli mənbə bildirir ki, rayonun Cəngən, Boyat, Aşağı Qaramanlı, Müşfiq kəndlərində imkanlı şəxslər tərəfindən yaradılan süni balıq gölləri 5 min hektardan çox ərazini əhatə edir

Onların əksəriyyəti qanunsuz fəaliyyət göstərir. Belə ki, bu göllərin yarıdan çoxu sənədlərdə əkin sahəsi kimi qeydə alınıb. Durğun su mənbələri ətrafında olan torpaqların şoranlaşmasına səbəb olub.

Neftçala rayonunda əkilən sahələr onsuz da şorqat torpaqlardır. Sovetlər dönəmində bu ərazilərdən aqrotexniki qaydada istifadə olunduğu üçün xeyli münbitləşmişdi. İndi süni göllər yaradılan ərazilərdə süxur sularının səviyyəsi xeyli yüksəlib. Ötürücü kollektorlar olmadığından bu sular uzun müddət ərazidə yığılıb qalır. Bu da əkilən bitkilərin mil kökünü yandırır, məhsuldarlıq aşağı düşür. Buna görə adamlar daha pay torpaqlarından istifadə edə bilmir.

Rayonun təkcə Aşağı Qaramanlı kəndində 150 hektardan çox sahə "ölü zona"ya çevrilib. Mənbə bildirir ki, süni balıq göllərinin yaradılması məmurların da marağındadır.

Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov balıqartırma gölləri üçün illik xüsusi tarif müəyyən edib: hər hektara 50 manat.

Mənbə iddia edir ki, yerli icra, ekologiya və polis orqanlarının rəhbərləri göl sahiblərindən vaxtaşırı "dolya" alır. Yerli bələdiyyələr bu qanunsuz balıq göllərindən illik torpaq vergisi adı altında 1 hektara görə 40-60 manat arası alıb, sənəddə həmin məbləği 5 manat göstərirlər.

"Bütün bu qanunsuz hərəkətlər vətəndaşlarda dövlət orqanlarına etimadı azaldır, əhali əziyyət çəkir, əkilən pay torpaqları sürətlə sıradan çıxır, bir qrup şəxs isə elə həmin sürələ qanunsuz qazanc əldə edir"- deyə mənbə bildirir.

 
 

1 ... 35 36 37 38