Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
"Gənc Sahibkarların Qəbələ Forumu" keçiriləcək
"Gənc Sahibkarların Qəbələ Forumu" keçiriləcək
Xatirə -qhtxeber.az
09 dekabr 2013. "Gənc Mühasiblər" İctimai Birliyi "Gənc sahibkarların biznes bacarıqlarının inkişafına yardım göstərilməsi" layihəsi çərçivəsində gənc sahibkarlar üçün maarifləndirici təlimlərin icrasına başlayıb.

qhtxeber.az-ın məlumatına görə, Qəbələ rayonunda həyata keçirilən təlimdə 20 nəfər gənc sahibkar iştirak edib. Təlimin məqsədi sahibkarlıq fəaliyyətinə yeni başlamış sahibkarları bu istiqamətdə maarifləndirmək, öz bizneslərini qanunvericiliyin tələblərinə uyğun qurmaqda onlara kömək etməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən layihənin koordinatoru Şəhriyar Möhsümov iştirakçıları layihə barədə məlumatlandıraraq deyib: "Layihənin məqsədi ölkə daxilində və xaricində baş verən iqtisadi proseslər barədə gənc iqtisadçıları və gənc sahibkarları məlumatlandırmaq, Qəbələdə fəaliyyət göstərən sahibkarlar arasında şəbəkə yaratmaqdır. 6 gün davam edən təlimlərin davamı olaraq "Gənc Sahibkarların Qəbələ Forumu" nun keçirilməsi planlaşdırılır. Forumda Qəbələ rayonunda fəaliyyət göstərən sahibkarlar, beynəlxalq səviyyəli ekspertlər, aidiyyatı qurumların nümayəndələri də iştirak edəcək".

Qeyd edək ki, təlimçi Fariz Əhmədov iştirakçılarla öz fikirlərini bölüşüb, biznes fəaliyyətində atılacaq ilk addımlar, qanunvericiliyin tələblərinə uyğun sahibkarlıq fəaliyyətinin təşkili, biznes plan barədə onları məlumatlandırıb.

 
 

1 ... 30 31 32 ... 38