23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
VERGİ VƏ SOSİAL SIĞORTA ÖHDƏLİKLƏRİNİN İCRASI
Sabit Bağırov.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar ya sadələşdirilmiş vergi ödəyir, ya da ƏDV məqsədləri üçün qeydiyyatdan keçir. Siz biznesə yeni başlayırsınızsa və FƏRDİ SAHİBKAR kimi qeydiyyatda keçmisinizsə Vergi qanunvericiliyinə əsasən:
Fərdi sahibkar təkbaşına işləyirsə, yəni müştərilərə bilavasitə özü xidmət göstərirsə, o, Dövlət Sosial Müdafiə Fonduna icbari sosial ödəniş etməlidir. Ödənişin məbləği qüvvədə olan minimum əmək haqqına faiz nisbətilə müəyyən olunur və hazırda aşağıdakı kimidir:
Fərdi sahibkarlar məcburi sosial sığorta ödənişlərini sahibkar kimi uçota alındığı tarixdən deyil, faktiki fəaliyyət göstərdiyi ərazilər üzrə müəyyən olunmuş məbləğ əsasında aylıq ödəməlidir. Məsələn, fərdi sahibkar Quba rayonunun ixtiyari bir kəndinin sakini kimi vergi uçotuna alınıbsa, amma sahibkarlıq fəaliyyətini Bakıda təşkil edirsə, bu halda hər ay 10,5 manat deyil, 21 manat icbari sosial ayırma ödəməlidir. Əgər Siz sahibkarlıq fəaliyyətiniz üçün icarəyə hər hansı yer götürmüsünüzsə və həmin yeri icarəyə verən tərəf hüquqi şəxs deyilsə, bu halda Siz büdcəyə vergi ödəməlisiniz. Bu vergi "ödəmə mənbəyində vergi" adlanır və aylıq icarə haqqının 14 faizinə bərabərdir. Vergi ilə bağlı vacib tələblərdən biri də nəzarət kassa aparatlarının tətbiqidir. Vergi qanunvericiliyinə görə əgər Sizin biznes fəaliyyətinizi 2 nəfər (Siz daxil) həyata keçirirsə, kassa aparatından istifadəyə ehtiyac yoxdur. Belə sahibkarlıq fəaliyyəti zamanı nağd pul hesablaşmalarının aparılması üçün forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş, xüsusi lisenziyası olan mətbəələrdə çap olunmuş ciddi hesabat blanklarından (mədaxil qəbzlərindən) istifadə olunmalıdır. Vacib qeyd! Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).
|
|||
1 ... 8 9 10 ... 12 |