TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Dövlət Komitəsi: Azərbaycanda «halal» sertfikatının alınması üçün hələ dövlətə müraciət edən olmayıb
Dövlət Komitəsi: Azərbaycanda «halal» sertfikatının alınması üçün hələ dövlətə müraciət edən olmayıb
Aynur Əliyeva – APA-Economics
20 noyabr 2013. Azərbaycanda qida məhsulları ilə bağlı «halal» standartı qəbul edilsə də, indiyə qədər heç bir şirkət tərəfindən bununla bağlı dövlət qurumlarına rəsmi müraciət daxil olmayıb.

«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov danışıb: «Heç bir müəssisə bu standartla bağlı sertifikasiya prosedurasından keçməyib və «halal» standartlar əsasında məhsul istehsal etmək üçün sorğu daxil olmayıb».

Komitə sədri eyni zamanda qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi «halallıq» icazəsi ilə Komitənin tələb etdiyi «halal» standartlar tamamilə fərqlidir.

«Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sırf texniki məsələlər əsasında məhsullara «halal» standartını verir», - deyə R.Həsənov vurğulayıb.