Kiçik sahibkarlığın təşkili üzrə maarifləndirilmə |
Qafqazinfo |
16 noyabr 2013. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi dünən "Gənclərin kiçik sahibkarlıq fəaliyyətinin təşkili üzrə maarifləndirilməsi" layihəsi üzrə növbəti tədbirini keçirib. |
"Qafqazinfo" xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd sahibkarlıq subyektində işləyən və yaxud ümumiyyətlə, işləməyən, bununla belə özünün gələcəyini biznes sahəsində qurmağı düşünən, lakin bu istiqamətdə uğurlu addım atmağa nail ola bilməyən gənclərə öz bizneslərini qurmağa köməklik göstərməkdir.
Layihə çərçivəsində keçirilən tədbirlərdə biznesə maraq göstərən gənclərə kiçik sahibkarlığın müasir sirləri öyrədilir, bu sahədə lazım olan sənədlərin işlənib hazırlanmasına yardım göstərilir, eləcə də biznes planın tərib edilməsinə köməklik etmək əsas prioritet hesab olunur. Eyni zamanda layihənin həyata keçirilməsi ilə məşğulluğun artırılmasına, sahibkarlığın inkişafına və iqtisadi diversifikasiyaya dəstək veriləcək.