TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Məmurlar Sizi incidirsə hara müraciət edə bilərsiniz

Məmurlar Sizi incidirsə hara müraciət edə bilərsiniz.

Qanunvericilik biznesmenin sahibkarlıq fəaliyyətinin gedişatında pozulmuş hüquqlarının müdafiəsinin bir neçə üsulunu nəzərdə tutur: bunu fəaliyyəti və ya fəaliyyətsizliyi ilə sahibkarın qanuni maraqlarına ziyan vurmuş şəxsin və ya təşkilatın tabe olduğu yuxarı orqana müracət etməklə, məhkəmə qaydası ilə, və ya prokurorluğa şikayət etməklə həll etmək olar. Bunlardan başqa fərdi sahibkarlar öz hüquqlarının qorunması ilə bağlı İnsan hüquqları üzrə müvəkkilə (Ombudsmenə) də müraciət edə bilərlər.

Sahibkarlığın ümumi problemləri ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin, Nazirlər Kabinetinin, Milli Məclisin və Prezident Aparatının müvafiq şöbələrinə də müraciət edilə bilər.

Bəzən sahibkarlara qarşı məmurların haqsız və açıq-aşkar qanun pozuntusu olan hərəkətlərinin qarşısını məsələni ictimailəşdirməklə, onu KİV-lərdə, qəzet, radio və televizayalarda bəyan etməklə də almaq mümkün olur.

Yuxarı orqana şikayət

Müdafiənin ən sadə üsulu – dövlət hakimiyyətinin aşağı orqanının qanunsuz əməllərindən onun tabe olduğu yuxarı struktura şikayətdir. Belə mexanizm tez-tez, məsələn, vergi orqanının qanunsuz hərəkətlərindən şikayət verilərkən tətbiq edilir. O nisbətən sadə olması ilə rahat bir yoldur: qanunla müəyyən edilmiş müddətlərə riayət edərək yuxarı instansiyaya yazılı şikayət göndərmək lazımdır. Həmin şikayətdə hansı hüquqların və hansı şəraitdə pozulması ətraflı göstərilməlidir. Şikayət göndərildikdən sonra yuxarı orqanın qərarını gözləmək lazımdır. Xatırladaq ki, yuxarı instansiyanın cavabı şikayət alındıqdan sonra qanunla müəyyən edilmiş müddəti ötə bilməz.

 

Müvafiq qanunvericilik aktları:

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.