TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 24 Dekabr 2024, Çərşənbə axşamı


Biznes plan – maliyyə əmin-amanlığının bünövrəsidir
Biznes plan – maliyyə əmin-amanlığının bünövrəsidir

Şəxsi biznes açmaq haqqında qərar qəbul etdikdən sonra qarşıda bu ideyanın həyata keçirilməsinin düzgün təşkili və gəlirli olması haqqında sual durur. Hər şeyin saz işləməsi və böhran halında yaranmış vəziyyətdən asan çıxışı tapmaq mümkün olsun deyə risklər hesablanır və biznes plan tərtib edilir və bu sənəd rəhbərin ən mühüm köməkçi alətinə çevrilir.

Biznes plan – müəssisədə baş verən bütün iqtisadi hadisələrin təhlili, inkişaf strategiyası və proqnozudur və məhsulun istehsalından satışınadək onun tam həyat siklini təsvir edir.

Biznes planın tərtib edilməsi müəssisəni hər cür gözlənilməz xərclərdən qoruyacaq, ilkin mərhələdə isə ümumiyyətlə bu işə başlamağın nə dərəcədə sərfəli olduğunu, layihənin gəlirli olub-olmayacağını və çəkilən xərcin nə zaman qayıda biləcəyini göstərəcək.

Peşəkarlıqla təşkil edilmiş biznes plan xüsusi hesablamalarla xülasə edilmiş çoxsaylı tələblərə cavab verməlidir. Bu böyük biznesə doğru yolda ən birinci və ən əsas addımdır.

Biznes plan — pul axınlarının hərəkətinin və bütün iqtisadi dəyişikliklərin ümumi təsviridir. Amma istənilən inkişafda olduğu kimi layihədə də ardıcıllığa və "qızıl orta"ya riayət etmək və inkişafın yuxarı səviyyəsini çox yüksəyə qaldırmamaq lazımdır. Hər şey son dərəcə şəffaf və real olmalıdır.

Savadlı qurulmuş biznes plan yalnız əlavə maliyyə mənbələrini cəlb etməyə deyil, həm də yüksək ixtisaslı personalı və etibarlı təchizatçıları tapmağa kömək edə bilər. Yüksək səviyyədə tərtib edilmiş biznes plan isə müəssisə sahibinin etibarlılığını və ciddiliyinin göstərir.

Biznes plan düzgün tərtib edilməklə yanaşı həmçinin oxunaqlı və müxtəlif investisiya növləri üçün cazibədar olmalıdır. Bu, əlbəttə, biznes-ideyadan və layihənin nə dərəcədə faydalı olmasından asılıdır.

Biznes plan həm yeni yaradılmış, həm də artıq fəaliyyət göstərən müəssisənin yeni inkişaf mərhələsi və ya yenidən qurulması üçün istifadə oluna bilər və olunmalıdır.

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.