23 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Sabit Bağırov.
Bu ideyanın müəllifi Leo Gerstenzanqdır. 1923-cü ilin bir günündə o, fikir verib ki, xanımı uşağın qulağını təmizləmək üçün diş çöpünün başına pambıq dolayıb bunu edir. Həmin dəqiqə ağlına pambıqlı çöpün istehsalı ideyası gəldi. Bu çöpləri satmaqla Leo Gerstenzanq bir neçə ilə varlandı. Hazırda onun "Q-Tip" çöpləri ən məşhur brendlərdən biridir. "Tip" ingiliscə "uc" deməkdir, "Q" isə ingiliscə keyfiyyət - "quality" sözünün birinci hərfidir.
ABŞ-ın Santa Fe şəhərində yaşayan fizik-alim Edvin Lend 1943-cü ildə 3 yaşlı qızı ilə gölün ətrafında gəzərək o zamankı fotokamera ilə onun şəkillərini çəkirmiş və birdən qız atasından soruşur ki, nəyə görə şəkli dərhal fotokameradan almaq olmur. 4 illik tədqiqatlar və konstruktor işlərinin nəticəsində 1947-ci ildə fotoşəkli dərhal almaq imkanı verən ilk fotokamera ictimaiyyətə təqdim edildi, 1 ildən sonra isə bazara çıxarıldı və dərhal populyar oldu.
Bu maşının ilk ixtiraçısı Cozefin Koçreyndir. 19-cu əsrin 2-ci yarısı idi. Cozefin xanımın həyat yoldaşı imkanlı bir tacir idi və ailələri tez-tez qonaq qəbul edirdi. Bu ziyafətlərdən sonra çini qabları yuyarkən qulluqçular bunlardan bir neçəsini sındırarmış. Cozefin xanım qərara gəlir ki, qabları yuyan maşın düzəltsin. 1886-cı ildə Cozefin xanım yaratdığı qabyuyan maşına patent aldı. Yeddi il sonra onun (1839 - 1913) maşını Çikaqo sərgisində qalib çıxdı və 1893-ci ildə Cozefin xanım bu maşınları istehsal edən fabrik qurdu və uğurla biznesini davam etdi.
Lilian Vernon (1927) sahibkarlıq fəaliyyətinə 1957-ci ildə poçt ticarəti ilə başlayır. Öncə 1954-cü ildə özünün ilk 16 səhifəlik ağ-qara kataloqunu nəşr etdirir. O, bu nəşrini 125000 sayda real və gözlənilən sifarişçilərinin ünvanlarına poçtla göndərir. 1965-ci ildə fəaliyyətinin yetəri qədər inkişaf etməsi tam hüquqlu "Lilian Vernon Corporation" adlı şirkətin yaradılmasına əsas verir. 1987-ci ilə "Lilian Vernon Corporation" Amerika fond birjasının siyahılarına düşən, qadın tərəfindən əsası qoyulmuş ən iri biznes olmaqla böyük populyarlıq qazandı. Hər il təxminən 4 milyon sifarışçi onun kataloqlarından istifadə edərək hədiyyələr alır. Belə bir müvəffəqiyyət ona gətirib çıxardı ki, sahə liderləri Lilian Vernona "kataloqlar kraliçası" adını verdilər.
1919-cu ilin iyununda31 yaşlı Konrad Hilton (1887-1979) Texas ştatının Sisko şəhərinə gəlir. Öz ilk müəssisəsinin iflasını yenicə yaşamış və cibində cəmi 5 min dollar olan Konrad bank yaratmaq arzusunda idi. Hilton yerli Mobli (Mobley) mehmanxanasında qalır. Bir gün mehmanxananın foyesində boş otaq uğrunda mübarizə edən insan kütləsi onu heyrətə gətirdi və bu ona mehmanxana biznesi ilə məşğul olmaq ideyasını verdi. Beləliklə, Hilton Mobli mehmanxanasını alır və artıq bir ildən sonra Fort Vort şəhərində 1, daha sonra isə daha 2 kiçik otel alır 1925-ci ilin avqustun 2-də təsisçisinin adını daşıyan ilk otelin - "Dallas Hilton"un təntənəli açılışı oldu. Yeni otel 325 otaqdan ibarət idi. Ona qədər Hilton hər il Texasda yeni otel açırdı. 1960-cı illərin sonunda Hilton ABŞ-da 40 və bir o qədər də ölkədən kənarda otelin sahibi idi. Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).
|
||||
1 2 3 ... 12 |