TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 24 Dekabr 2024, Çərşənbə axşamı


Virtual Tədris
SAHİBKAR OLMAQ YALNIZ SAHİBKARLAR ÜÇÜNMÜ FAYDALIDIR
Sabit Bağırov.

Xeyr. Sahibkarlıq dövlət və cəmiyyət üçün də vacib amildir.

Çünki:

  1. Yeni ideyalar gətirir
  2. Texniki tərəqqiyə təkan verir
  3. Yeni mallar istehsal edir və xidmətlər göstərir
  4. Yeni iş yerləri açır
  5. Yeni varidat yaradır
  6. İstehlakçıların tələbatını ödəyir.

Bu gün Azərbaycan iqtisadiyyatında özəl sahibkarlığın rolu çox yüksəkdir. Ümumdaxili Məhsulda onun payı 85%-dən artıqdır (15 il öncə bu pay 40% qədərində idi).
Sahibkar daima axtarışda olan insandır. O, gah istehsal etdiyi malın və göstərdiyi xidmətin keyfiyyətinin yüksəldilməsi, gah da istehsalın səmərəliliyinin artırılması yollarının, və ya yeni bazarların və müştərilərin axtarışında olur. Daha yüksək səviyyəli mütəxəssislərin, ustaların axtarışı da onun qayğılarına daxildir. Axtardıqları bunlarla tamamlanmır. Yeni mate-riallar, alətlər, texnolojilər, cihazlar, partnyorlar və sair onun axtarış predmeti ola bilər. Bu axtarış prosesləri çox vaxt yeni ideyalarla müşahidə olunur və bu zaman sahibkar daha yüksək qazanclar əldə edə bilir. Bu axtarışların nəticəsi bir çox hallarda eyni zamanda texniki tərəqqiyə də yol açır. Texniki tərəqqi isə tək həmin sahibkarın yox, ölkənin güclənməsi deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2013-cü ildə ölkə iqtisadiyyatında məşğul olanların sayı 4 milyon 521 min nəfər olub və bun-lardan 3 milyon 352 mini, yəni təxminən 75%-i özəl sektorda işləyənlər olub. Bu da məhz sahibkarların töhvəsidir.

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.