24 Dekabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda sahibkarlıq fəaliyyəti belə təyin edilir: Maddə 1. Sahibkarlıq fəaliyyəti. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. (bax: "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu) Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olanlara isə sahibkar deyilir. Sahibkarlıq fəaliyyəti nə, nə üçün, kimin üçün istehsal etmək, təsərrüfat qanunlarının qəbul olunması, məhdud resurslardan istifadənin daha mütərəqqi üsullarının axtarılıb tapılması, az xərclə və keyfiyyətli məhsul istehsalı, yeni xidmət üsullarını tapılması, satışın səmərəli təşkili, istehlakçıların araşdırılması, rəqiblərin hərtərəfli öyrənilməsi və s. ilə bilavasitə bağlıdır. Sahibkarın öhdəsinə bir neçə funksiya düşür.
Sahibkar hər şeydən əvvəl iqtisadi fəaliyyətdir. Bu fəaliyyəti 3 tipə ayırmaq olar.
Ümumiyyətlə sahibkar olmaq istəyinin bir neçə səbəbləri var: pul qazanmaq, ictimai rifaha töhvə vermək, öz fəaliyyət sahəsində ”İmperiya” yaratmaq, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s. Bu səbəblərdən asılı olmayaraq başlıca məqsəd gəlir, mənfəət əldə etməkdir. Sahibkarlıq öz miqyasına görə kiçik, orta və iri sahibkarlığa ayılır. Bazar iqtisadiyyatına keçid ölkələrində, o cümlədən Azərbaycanda kiçik sahibkarlıq xalq təsərrüfatının inkişafını, əhalinin məşğulluğunu, ümumiyyətlə iqtisadiyyatın inkişafını müəyyən edən əsas iqtisadi amildir. Kiçik və orta sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Onlar iri müəssisələrin buraxa bilmədiyi məhsulları və ya məhsulların buraxılması üçün lazım olan hissələri istehsal edirlər, müxtəlif xidmətlər göstərirlər, kiçik pərakəndə ticarətçidirlər, iş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırılar, istehlakçıları məhsulla təmin edirlər, vergi ödəməklə büdcənin gəlirini atırırlar, əhalinin müəyyən hissəsinin gəlir yeridirlər, iri müəssisələrə nisbətən çevikdirlər - bir sözlə ümumi həyat səviyyəsinin yüksəlməsində kifayət qədər əhəmiyyətli rol oynayırlar. |
|||||
|