"İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarında dəyişiklik edilməsi barədə
"İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarında dəyişiklik edilməsi barədə
|
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı |
Azərbaycan Respublikasında kiçik sahibkarlıq subyektlərinin meyarlarının müəyyənləşdirilməsi və "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 306) ilə təsdiq edilmiş "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 18 dekabr 2009-cu il
№ 192
Sahibkarlıq kateqoriyası |
İşçilərin orta siyahı sayı (nəfər) |
İllik dövriyyə(ƏDV, aksiz daxil olmadan) |
Sənaye və tikinti |
< 50 |
≤ 500 min manat |
Kənd təsərrüfatı |
<25 |
≤ 250 min manat |
Topdansatış ticarət |
<15 |
≤ 1 mln manat |
Pərakəndəsatış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri |
<10 |
≤ 250 min manat |
Qeydlər:
1. Sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır.
2. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı əsas götürülür.
3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi müəyyənləşdirilməsinə illik dövriyyə meyarı əsas götürülür.