TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 20 May 2025, Çərşənbə axşamı


Bakıda "Azərbaycanda kiçik sahibkarlığın inkişafı" adlı konfrans keçirilib
Bakıda "Azərbaycanda kiçik sahibkarlığın inkişafı" adlı konfrans keçirilib
İ.Amid - "Salamnews" agentliyinin vebsaytı
21 noyabr 2013. Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində "Azərbaycanda kiçik sahibkarlığın inkişafı" adlı konfrans keçirilib.

SalamNews-un xəbərinə görə, ABŞ səfirinin müvəqqəti işlər vəkili Derek Hoqan bildirib ki, qlobal sahibkarlıq həftəsi təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Beş il ərzində Qlobal sahibkarlıq həftəsi əhatəsini 131 ölkəyə genişləndirib və sonsuz tədbirlər vasitəsilə 25 milyona yaxın iştirakçı cəlb edib. Azərbaycanın Milli Sahibkarlar Təşkilatları Konfederasiyasının Baş katibi Mənhəmmədəli Əfəndiyev deyib ki, bu il sahibkarlar üçün 250 milyon manat güzəştli kredit nəzərdə tutulub. Bu da sahibkarlığın inkişafında müəyyən rol oynayacaq. Deputat Vahid Əhmədov ixrac yönümlü məhsulların artırılmasına ehtiyac olduğuna diqqət çəkib: "Hazırda ixracın 92-93 faizini neft vəneft məhsulları təşkil edir. Kənd təsərrüfatının ixracda payı cəmi 7-8 faizdir. Əvvəllər olduğu kimi, yanvarın 1-dən beş il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən başqa bütün vergilərdən azad ediləcək." Ümumiyyətlə, USAİD tərəfindən dəstəklənən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsini həyata keçirən ictimai birliklər konsorsiumu tərəfindən fermer torpaqlarının qeydiyyatı prosedurlarının sadələşdirilməsi, sahibkarlıq fəaaliyyətinin lisenziyalaşdırılmasının təkmilləşdirilməsi sahəsi, əmək müqavilələrinin tətbiqi sahəsində mövcud problemlərin həlli ilə və digər məsələlərlə bağlı konkret təkliflər və tövsiyyələr paketi hazırlanıb. Konfransda səslənən rəylər nəzərə alınaraq bu tövsiyyələrə dəyişiklik ediləcək və bundan sonra təkliflər aiddiyyatı olan dövlət qurumlarına təqdim ediləcək.