TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 23 Dekabr 2024, Bazar ertəsi


Sahibkarlığa dəstək
Çində sahibkarlığa dövlət dəstəyi

Çin hökuməti kiçik və orta müəssisələri iqtisadi artım, bazarın canlanması və iş yerləri yaradılması imkanlarının genişləndirilməsi üçün ən əhəmiyyətli stimullaşdırıcı amil hesab edir. Son 20 ildə kiçik biznes sektoru Çin iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib və hal-hazırda iş yerlərinin daha çoxunu məhz bu sektor yaradır və yeni innovasiya texnologiyaları da məhz bu sektorda daha sürətlə yayılır.

Hökumət bu sektorda dövlət satınalınmalarının yerləşdirilməsi sistemini təkmilləşdirir, ixtisaslaşdırılmış və işgüzar mütəxəssislərin hazırlığı ilə məşğul olur, xarici bazarların mənimsənilməsinə yardım göstərir. 2002-ci ildə qəbul edilmiş "Kiçik və orta müəssisələrin inkişafının stimullaşdırılması haqqında Qanun" belə müəssisələrin böyük şirkətlərlə, xüsusilə müasir texnikanın, bazar haqqında informasiyasının və maliyyənin əlçatanlığı məsələlərində hüquq bərabərliyini maksimum təmin etmək məqsədi daşıyırdı. Qanunun mühüm əhəmiyyətli müddəaları bunlardır:

Bundan başqa qanun bu iqtisadi sektorun bir çox gəlirli sahələrə daxil olmasını, dövlətin nəzarəti altında yalnız bəzi əsas iqtisadi sektorların qalmasını nəzərdə tutur.

2003-cü ildən başlayaraq Çində kiçik sahibkarlığın çox sürətli inkişafı, müəssisələrin gəlirliliyinin artımı, dövlətin büdcəsinə vergi daxil olmalarının artması  baş verdi. Belə inkişaf əsasən kiçik sahibkarlıq subyektlərinin sayının artımının hesabına təmin edilmişdi.

" Milli İnkişaf və İslahatlar Komissiyası" (NDRC) ölkədə dövlət iqtisadi siyasətini həyata keçirən əsas təşkilatdır. Onun fəaliyyətinin ən əhəmiyyətli istiqamətlərindən biri kiçik biznesin dinamik inkişafı üçün şəraitin formalaşdırılmasıdır. Bunun üçün "Kiçik və orta sahibkarlıq Departamenti" onun tərkibinə  daxil edilib və “Çin biznesin əlaqələndirilməsi və kooperasiyası mərkəzi” (CCBCC) yaradılıb. CCBCC kiçik sahibkarlığa xidmət üzrə xüsusi agentlikdir və onun əsas işi kiçik biznesin dəstəklənməsi üzrə Çin və xarici təşkilatlar arasında iqtisadi və texnoloji əməkdaşlığı təmin etmək üçün xüsusi şəraitin yaradılmasından ibarətdir.

CCBCC -ın əsas funksiyaları bunlardır:

CCBCC kiçik və orta müəssisələrin dəstəklənməsi üzrə daimi qüvvədə olan bir sıra dövlət proqramları hazırlayıb.

Bu sektorun sürətli inkişafı üçün ən uğurlu müəssisələrin informasiya və təcrübələrinin mübadiləsi məqsədi ilə müxtəlif ölkələrin və beynəlxalq təşkilatların iştirakıyla bir çox konfranslar təşkil olunur.

Çində kiçik və orta sahibkarlığın inkişafına kömək edən digər bir vacib orqan 2001-ci ildə Çin hökumətinin qərarı ilə yaradılmış CSMEO  dövlət informasiya xidmətidir. Bu idarə öz internet-saytı vasitəsilə kiçik və orta sahibkarlığın fəaliyyətinə aid məsələlərlə ilə bağlı əhaliyə və sahibkarlara informasiya və məsləhət verilməsi xidməti ilə məşğul olur. CSMEO şəbəkəsi Çinin bütün regionlarını əhatə edir və bu da əmək bazarında vəziyyət, qüvvədə olan qanunvericilikdəki dəyişikliklər, elm sahəsində son nailiyyətlər və texnoloji ixtiralar, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı və vəziyyəti haqqında əhalini məlumatlandırmağa imkan verir.

Vergi preferensiyaları sahəsində Çinin təcrübəsi maraqlıdır. Çin hakimiyyət dairələri ölkənin kiçik müəssisələrinin vergi qoyma sistemində yeniliklər ediblər. Təklif edilmiş düzəlişlərə əsasən aylıq gəliri 20 min yuan və ya 3226 dolları ötməyən kiçik biznes nümayəndələri əlavə dəyər vergisindən və dövriyyədən tutulan vergidən tamamilə azad olublar. Bu sistemin tətbiqinə bu il avqustun 1-dən  başlanılıb. Hesablamalara əsasən təklif edilmiş vergi güzəştləri 6 milyondan çox xırda müəssisəyə aid ediləcək.

Yaradılmış çox sayda azad iqtisadi zona xarici investisiyaları və elmi-texniki resursları cəlb edir. Potensial uğurlu müəssisələrə güzəştli kreditlər və zəmanətlər verən kiçik və orta sahibkarlığın inkişaf fondları yaradılıb.

Çin Kiçik və Orta ölçülü Müəssisələr Assosiasiyası (CASME)
NDRC təşəbbüsü və sponsorluğu, Çin Dövlət Şurasının dəstəyi və təsdiqi ilə 2006-cı ildə Çin Kiçik və Orta ölçülü Müəssisələr Assosiasiyası (CASME) təsis edildi. Əyalət İnkişaf və İslahatlar Komissiyalarının rəhbərliyi altında fəaliyyət göstərən bütün yerli KOS assosiasiyaları CASME -nin təsisçiləri oldular. Bu şəbəkə vasitəsilə CASME ölkənin bütün KOS müəssisələri ilə əlaqə qurdu.

2009-cu ildə dövlət agentliyində qeydiyyatdan keçən KOS müəssisələrinin sayı 10.23 milyonu ötmüşdü. Çin KOS müəssisələri ölkə üzrə ÜDM –nin 60%-ni, vergi ödəmələrinin 60%-ni, iş yerlərinin 80%-ni və patentlərin 66%-ni təmin edirdi. Hazırda CASME -nin bütün ölkə üzrə əyalət səviyyəsində 34 filialı fəaliyyət göstərir.

Çin Kiçik və Orta Biznes Müəssisələri Assosiasiyasının (CASME) missiyası Çin hökuməti və kiçik və orta sahibkarlıq müəssisələri (KOS) arasında məlumat ötürücüsü kimi xidmət etməkdir. Bunda məqsəd  yerli kiçik və orta firmaların innovasiya potensialını və bazarda rəqabət aparmaq qabiliyyətini artırmaqdır.

CASME haqqında Əsasnaməyə görə təşkilatın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

Dövlət və KOS arasında vasitəçilik xidmətini yerinə yetirən CASME KOS müəssisələrindəki cari vəziyyət və onların inkişaf istiqamətləri, eləcə də üzləşdiyi əsas problemlərlə bağlı məlumatların müvafiq dövlət qurumlarına çatdırılmasını təmin edir. Digər tərəfdən, CASME öz üzvləri arasında milli sənayenin standartlarının tətbiq edilməsinə çalışır. Başqa sözlə, CASME əsas prioritetləri hökumət və Çin kiçik və orta müəssisələr arasında qarşılıqlı əlaqələri gücləndirmək və davamlı inkişaf üçün KOS müəssisələr arasında şəbəkəni koordinasiya etməkdir.

CASME təşkilati strukturu bir sıra departament, idarə və mərkəzlərdən ibarətdir:

CASME Çin Milli İnkişaf və İslahat Komissiyası tərəfindən idarə olunur. Pekində yerləşən qərargahından CASME Çinin bütün şəhər və vilayətlərindəki filialları ilə əlaqə saxlayır. 2007-ci ilin sonunda CASME -nin 580 000 qeydə alınmış üzvü var idi. Onların əksəriyyəti Çin KOS müəssisələri olsa da, bu sırada olan xarici üzvləri də sürətlə artır.

CASME maliyyələşdirilməsi mənbələri üzvlük haqqı, ianələr, hökumətin ayırdığı vəsaitlər və başqaları daxildir. Bu vəsaitlərin xərclənməsi üç sahədə aparılır: işçilərin təqaüdləri, idarə etmə xərcləri və fəaliyyətlə bağlı xərclər. Daha ətraflı məlumat açıqlanmır.

Təşkilatın ingilis dilində vebsayt ünvanı belədir: http://www.ca-sme.org/Introduction.asp

Mənbə: "MKS Dövlət Agentliyi məsələsinə dair xarici təcrübəni əks etdirən HESABAT"

 

 

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.